POPNABLE azerbejdżan azerbejdżan

  • Strona główna
  • Radio Hits 2024
  • Radio Popnable
  • Zarejestrować
  • Zaloguj sie
  • Odkryć
    • Odkryć
    • Piosenki
    • Artyści Muzyczni
  • Listy Muzyczne
    • Listy Muzyczne
    • 100 Gorących Piosenek – Codziennie
    • 100 Najlepszych Utworów — Codziennie
    • 40 Najlepszych Utworów
  • Strona główna
  • azerbejdżan
  • Piosenki
  • İllər Sonra
  • Teksty I Tłumaczenia

Teksty I Tłumaczenia - İllər Sonra

— zaśpiewane przez Orkhan Zeynalli

Tekst i tłumaczenia „İllər Sonra”. Dowiedz się, kto napisał tę piosenkę. Dowiedz się, kto jest producentem i reżyserem tego teledysku. Kompozytor „İllər Sonra”, teksty, aranżacja, platformy strumieniowe i tak dalej. „İllər Sonra” to piosenka wykonywana na azerbejdżański turecki. „İllər Sonra” śpiewa Orkhan Zeynalli
  • Strona główna
  • teksty i tłumaczenia
  • listy przebojów muzycznych
  • statystyki
  • zyski
  • kup piosenkę
İllər Sonra Teledysk
Download New Songs

Listen & stream

×

Oglądaj na Youtube

×
Wideo
İllər Sonra
Kraj


 Azerbejdżan Azerbejdżan
Dodany
01/01/1970
Raport
[Nie związane z muzyką ] [Dodaj powiązanego wykonawcę] [Usuń połączonego wykonawcę] [Dodaj tekst] [Dodaj tłumaczenie tekstów]

"İllər Sonra" tekst piosenki

„İllər Sonra” ma tekst w azerbejdżański turecki.
Znaczenie „İllər Sonra” pochodzi z języka azerbejdżański turecki i nie jest obecnie konwertowane na tłumaczenie na język angielski.

Orkhan Zeynalli-nın Ayni Khalid ilə birgə ifa etdiyi “İllər Sonra” treki artıq onlayndır.
Orkhan Zeynalli-ya Youtube-da abunə ol:

Rəqəmsal platformalarda dinlə:

Musiqi: Clavis
Söz: Orkhan Zeynalli
Səs uzlaşması: Adil Nəcəfov
Rejissor: İman İmanov

Orkhan Zeynalli sosial şəbəkələrdə:
Facebook:
Instagram:
Genius:

Orkhan Zeynalli rəqəmsal platformalarda:
Keçid:

Sözlər:

[Bənd 1]
Səni başqa sahildə görmək ürəyimi incitdi illər sonra
Xoşbəxtliyin iki şəkli - biri dağ idi, biri yol
Nağıl kimiydi evimizə qayıtmaq illər sonra
Nağılı açdım ki, valideynimin biri var idi, biri yox

Getmək-gəlmək qalmaq beyində əbədi dilemma
Son dəfə qərar verirsən, çıxır yenə də bir əmma
Xeyir dəftərində istədim şəhərə qayıb qoymaq
Mən sadəcə istədim hansısa şəhərə aid olmaq

İllər keçir, böyüyür bədən, artır rəqəm, ürəksə
Sanki daha çox sevgi tuturdu balaca vaxtı
Evim dəniz, illər günəş, dəniz sahilinə isə
Ürəyimə çəkdiyi dağdan atam çay olub yarıcan axdı
Nə qədər varıqsa, var bizlə bir yaşayanlar
Pillə-pillə tərtib edəcək yaddaşı anlar
Nə qədər varam musiqinin dəyişən axışı olacaq
Gedəndə anam mesaj yazdı “hər şey yaxşı olacaq”

[Nəqərat]
Düşdü dənlər saçlarıma illər sonra
Soyuq insan bağlarında güllər solar
Yaşa dolmaq yaşla dolan gözlər kimi
Gedir üzlər, qalır izlər illər sonra


[Bənd 2]
Zaman oğurlayır ruhu evimizdən
Yerində tikir otel
Böyük ailəlik çay süfrəsində indi iki latte
Məndən qabaq görsən atama de
Bircə dəqiqəlik zəng vursun, ona əlvida deyim

Bu şəhərin hər küçəsində, hər parkında xatirə
Bütün izlər sanki uşaqlığımın yerini deyir
Neçə yaxın tükəndi ki, doğmalaşdım yad ilə?
Köhnə mahnılarım eyni olsa da
Hisslər eyni deyil

Neçə ac ruha çörək verdim dərdlərimdən üyüdüb
Bu şəhərdə, görən, neçə fərd dərdlərimlə böyüdü?
İntihar edən gəmilər lövbərin atır dərinə
Kəsib atmalı olduqlarımı da
Həyat kəsib atır yerimə

Xoşbəxtliyi tapmaq çətin, olmadan güclü varlı
Necə ki, tikilə bilməz heç bir ev üç divarlı
Bütün savablarımı puç edə biləcək günah sənsən
Mənim evim yoxdur, çünki dördüncü divar sənsən

[Nəqərat]
Düşdü dənlər saçlarıma illər sonra
Soyuq insan bağlarında güllər solar
Yaşa dolmaq yaşla dolan gözlər kimi
Gedir üzlər, qalır izlər illər sonra

Düşdü dənlər saçlarıma illər sonra
Soyuq insan bağlarında güllər solar
Yaşa dolmaq yaşla dolan gözlər kimi
Gedir üzlər, qalır izlər illər sonra


Orkhan Zeynalli tərəfindən Ayni Khalid-nin iştirakı ilə ifa olunan “İllər Sonra” parçasının rəsmi videosu. Bu videonun bütün hüquqları "mikpro” MMC tərəfindən qorunur. © 2023

Etiketlər:

#OrkhanZeynalli #İllərSonra #mikpro

Popnable © 2015-2025

About ToS What's New Contact Us Privacy Copyrights (DMCA)